!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bu futbolçu 12 il sonra “Qarabağ”dan ayrılır

!Reklam – Yazi

Qara Qarayev növbəti mövsümə “Qarabağ”da başlamayacaq.

Yenicag.az xəbər verir ki, 30 yaşlı futbolçu Ağdam klubunu tərk etməklə bağlı qərarını qətiləşdirib.

Qarayev komandadakı mövqeyindən narazıdır. Yarımmüdafiəçi anlayır ki, Patrik Andradenin qayıtmasından sonra onsuz da az olan oyun vaxtı bir qədər də azalacaq.

Hazırda Qurban Qurbanov mərkəz xətdə Julio Romao, Marko Yankoviç, Leandro Andrade kimi adlara üstünlük verir. Üstəlik Yassin Benziya formaya düşüb və start heyət üzvünə çevrilib. Yaxın zamanda Patrik Andrade formasını bərpa edib əsas heyət uğrunda rəqabət aparacaq. Qurbanovun əlində Riçard Almeyda variantı da var.

Buna görə Qarayev üçün oynamaq şansı xeyli azalıb. Digər tərəfdən, Ağdam klubundan ona təklif edilən yeni müqavilədə məvacibinin azaldılması nəzərdə tutulub.
Qarayevin Premyer Liqanın digər klublarından daha sərfəli iki təklifi var. O, yaxın günlərdə son qərarını verəcək.

“Qarabağ”ın yetirməsi olan Qarayev 2011-ci ildən Ağdam klubunun əsas komandasında çıxış edir. 12 il ərzində doqquz dəfə Azərbaycan çempionu olan yarımmüdafiəçi bu mövsüm Çempionlar Liqasında Cəbəllüttariqin “Linkoln” klubuna qarşı I təsnifat mərhələsi oyunlarında (2:1, 4:0) cəmi üç dəqiqə meydanda olub və bir məhsuldar ötürmə müəllifi olub.

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv