!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gölün mühafizəsinə 265 milyon dollar xərclənəcək

!Reklam – Yazi

Rusiya Baykal gölünün mühafizəsi üçün federal büdcədən təxminən 22 milyard rubl (265 milyon dollar) vəsait ayıracaq.

Yenicag.az xəbər verir ki, bu məbləğ növbəti üç ildə (2023-2025) ayrılacaq və bunun 12,5 milyard rublu 2023-cü ildə istifadə olunacaq.

Ayrılacaq vəsait hesabına Baykal gölünü əhatə edən regionun zibillənməsinin qarşısı alınacaq, region və göl hərtərəfli monitorinq ediləcək və ən əsası, keçmiş Baykal sellüloz-kağız fabrikinin qalıqları tamamilə ləğv olunacaq.

Baykal Selüloz və Kağız Fabriki hər il Baykal gölünə 27 milyondan 49 milyon tona qədər çirkab su tökürdü və buna görə şirkət mütəmadi olaraq ekoloqlar tərəfindən tənqid edilirdi. Zavod hələ 2013-cü ildə bağlansa da, tullantılarla bağlı problem hələ də həllini tapmayıb. Məlumatlara görə, 40 il ərzində zavodun 14 saxlama məntəqəsində 6,2 milyon tondan çox tullantı toplanıb.

2022-ci ildə Baykal gölünün mühafizəsi məqsədilə 8,5 milyard rubl ayrılmışdı. Bu vəsaitlər hesabına gölün ətrafındakı 9 zibillik ləğv edildi və ərazidən 110 min kubmetr tullantı daşındı.

Qeyd edək ki, Baykal gölü dünyanın ən böyük şirin su mənbəyidir. Rusiyanın cənub-şərqində yerləşir. Dünyanın ən dərin gölü hesab olunan Baykalın dərinliyi 1620 metrdir.

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv