!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan kubokunun finalı: "Neftçi" "Qəbələ"yə qarşı - YENİLƏNDİ

!Reklam – Yazi

Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçirilir.

Həlledici görüşdə “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gəlirlər.

***

Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

Yenicag.az xəbər verir ki, həlledici görüşdə “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gələcəklər.

Komandaların start heyətləri aşağıdakı kimidir:

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya

“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 72, 97. Felipe Santos, 9. Əyyub Allaş

Qeyd edək ki, “Bakcell Arena”da oynanılacaq matç saat 20:00-da başlayacaq.

***

09:45

Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

Yenicag.az-ın məlumatına görə, həlledici görüşdə “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gələcəklər.

“Bakcell Arena”da oynanılacaq matç saat 20:00-da başlayacaq. İndiyədək komandaların ölkə kubokunda yolları üç dəfə kəsişib.

9 il əvvəlki finalda “Neftçi” penaltilərlə qalib gəlib.

Yarımfinal duellərində isə komandalar hərəyə bir dəfə mərhələ adlayıblar. Kubokdakı 5 görüşdə klublar hərəyə 1 qələbə qazanıblar, 3 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində “qırmızı-qaralar”ın cüzi üstünlüyü var – 7:6.

Azərbaycan Kuboku
Final
3 iyun
20:00. “Neftçi” – “Qəbələ”
“Bakcell Arena” stadionu

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv