!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün Azərbaycan Respublikasının QHT Dövlət Dəstəyi Agentliyinin ildönümüdür - SORĞU

!Reklam – Yazi

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin il dönümüdür.

19 aprel 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb. SİA məsələ ilə bağlı QHT sədr və nümayəndələrinin fikirlərini öyrənərək onlar arasında sorğu keçirib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva: “Bildiyiniz kimi, Cənab Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradıldı. Ölkə başçısının vətəndaş cəmiyyəti və QHT-lərin fəaliyyətinin dəstəklənməsi üçün 2 dekabr 2021-ci il tarixli Fərmanı Agentliyə qrant müsabiqəsi keçirmək üçün əsas verdi. Fərmandan irəli gələrək 2021-ci il kiçik qrant müsabiqəsinin keçirilməsi, onunla bağlı proseslərin idarəolunmasını həyata keçirdik. Qrant müsabiqəsi çərçivəsində 415 QHT-yə qrant vəsaiti ayrıldı və hazırda QHT-lər bu layihələrin icra prosesini həyata keçirirlər.
Biz Agentlik olaraq qısa müddət ərzində işğaldan azad olunan Ağdam, Füzuli, Cəbrayıl, Şuşa, Suqovuşan, Talış, Xudafərin və Ermənistanın terror aktı, müharibə cinayəti törətdiyi Gəncə, Şuşa şəhərlərinə dəfələrlə QHT-lərin səfərlərini təşkil etmişik. Bu səfərlərdə 1000 dən QHT nümayəndələri iştirak ediblər. Növbəti səfərin may ayının ilk həftəsində Şuşa şəhərinə təşkil olunması planlaşdırılır. Bizim bu səfərlərin təşkilində əsas məqsədimiz Ermənistanın işğal etdiyi ərazilərimizdə törətdiyi vandallaqları, vəhşilikləri vətəndaş cəmiyyətinin üzvlərinin öz gözləri ilə görməsi, bu cinayətlər haqqında yerində məlumatlanması idi. Bu səfərlər öz nəticəsini verir. Belə ki, QHT-lər bu məsələlərlə bağlı bəyanatlar verirlər, beynəlxalq təşkilatlarda təmsilçilik hüququna malik olan QHT-lərin bu vandallığı beynəlxalq ictimaiyyətə çatdırmasını təşkil edirlər, yerli və beynəlxalq KİV-lərdə silsilə yazılar dərc olunur.

Bundan başqa, Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri QHT-lərin beynəlxalq əlaqələrinin inkişafı, beynəlxalq təşkilatlarla əməkdaşlıq və eləcə də beynəlxalq təcrübənin öyrənilməsidir. Bu məqsədlə Agentliyin rəhbərliyi Türkiyə Respublikasına səfər edib və Türkiyənin Daxili İşlər Nazirliyi ilə Anlaşma Memorandumu imzalanıb. Memorandumunun məqsədi Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, sosial əhəmiyyətli müştərək layihələrin və proqramların reallaşdırılmasına dəstək verərək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə verməkdir.
Bildiyiniz kimi, yanvar ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Bu sərəncamdan irəli gələrək Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli, “Şuşa ili” ilə bağlı təsdiq edilmiş tədbirlər planında müvafiq mövzuda qrant müsabiqəsinin keçirilməsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyə tapşırılıb. Məhz bu məqsədlə Agentlik Şuşaya səfər edib. Agentliyin Müşahidə Şurasının iclasında “Şuşa ili”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin keçirilməsi və 2022-ci il üçün kiçik qrant müsabiqəsinin elan edilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üzrə fəaliyyət planı hazırlanıb. Şuşada qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birlikdə yaradıcılıq festivalının keçirilməsi, yerli və xarici QHT-lərin iştirakı ilə Beynəlxalq Əməkdaşlıq Konfransının təşkil olunması, Azərbaycan və Türkiyə QHT-lərinin birgə forumunun təşkili və s. Agentliyin bu il üçün nəzərdə tutulmuş layihələridir. Şübhəsiz ki, belə tədbirlər növbəti illərdə də davam edəcək və müxtəlif tərəfdaşlarla birgə Şuşamızın təbliği üçün əhəmiyyətli işlər görüləcək.

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaranmasından 1 il ötür. Əminəm ki, dövlət və vətəndaş cəmiyyəti naminə görəcəyimiz işlər hələ debüt mərhələsindədir. Əzmlə, yorulmadan yola davam edəcəyik”.

Milli QHT Forumu İdarə Heyəti üzvü Çingiz Bayramov: “Cənab Prezident tərəfindən yaradılan Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaranmasından bir il ötür. Bu tək Azərbaycan QHT-ləri üçün deyil. Düşünürəm ki, gələcəkdə dünyanın harasında bir sivil toplum ölçüsü, QHT varsa hamısı müraciət edə biləcək və maliyyə cəhətdən də güclü olacaqlar.

Bu bir il ərzində çox böyük işlər görülüb. QHT-lər artıq şəffaf bir şəkildə çalışmağa başlayıblar. Layihələrini kiminsə tapşırığı ilə yox, yazdıqları layihənin qiymətinin yaxşı mənada dəyərləndirdiyinin şahidi olublar. Onlar özləri QHT kimi artıq formalaşmağa başlayıblar. Bunun da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin böyük rolu var.

Orada çalışan bütün əməkdaşları təbrik edirəm. Eyni zamanda ictimaiyyətimizi, vətəndaş cəmiyyətinə bağlı olan hər bir kəsi təbrik edirəm. Bu gün bizim üçün sevincli və gözəl bir gündür”.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev: “QHT Dövlət Dəstəyi Şurası yarandığı müddət ərzində, 2008-ci il ildən 2021-ci ilə qədər fəaliyyətində müəyyən uğurlar əldə etdi. Amma vətəndaş cəmiyyətinin fəaliyyətinin daha geniş inkişafı ilə bağlı qarşıda çoxlu vəzifələr var. Mən inanıram ki, bu istiqamətdə uğurlu nəticələr əldə edəcək.

Yarandığı il ərzində təşkilat texniki xarakterli çoxsaylı işlər gördü. Eyni zamanda vətəndaş cəmiyyəti ilə çoxsaylı görüşlər keçirdi və bu görüşləri davam etdirir. Həmçinin, müsabiqələr elan edir.

İndi Şuşa ili ilə bağlı böyük bir müsabiqəyə yenidən başladı. Vətəndaş cəmiyyətinin təşkilatlarına ziyarətlər edir. Bu çox yaxşı ənənə və çox yaxşı bir fəaliyyətdir.

Azərbaycan dövlətinin əsas prioritetlərindən biri də məhz vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı olan bir məsələdir. O baxımdan da cənab Prezidentin həyata keçirdiyi siyasətin administrasiya tərəfindən uğurla inkişaf etdirilməsi həm də QHT-lərə olan inamın və etimadın nümunəsidir.

Çox mühüm məsələlərdən biri də ictimai nəzarətin gücləndirilməsi ilə bağlıdır. İctimai şuraların fəaliyyətinin genişləndirilməsi, onun səmərəliliyinin artırılması ilə bağlıdır. Eyni zamanda bir sıra məsələlər vardır ki, bu vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı yeni fəaliyyət planı hazırlanmasıdır. QHT-lərin xəritələşməsi prosesinə start verilir. Bütün bunlar vətəndaş cəmiyyətinin inkişafına ümid verdi.

QHT qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində də Dövlət Dəstəyi Agentliyinin dəstəyini hiss edirik. Bugün Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra yeni bir dönəmə daxil oldu. Bu işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində vətəndaş cəmiyyətinin toparlanmasına ehtiyac vardı.

Eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına ehtiyac var. Bu proses də QHT Dövlət Agentliyinin əsas prioritet istiqamətlərindən biridir”.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bir yaşı tamam olur. Bu münasibətlə başda Aygün xanım olmaqla Agentliyin bütün əməkdaşlarını ürəkdən təbrik edirəm.

Agentlik doğurdan da bizim üçün doğma bir ocağa çevrilib. Aygün xanımın Agentliyə gəlişi və onun gətirdiyi yeniliklər QHT ilə Agentlik arasında münasibətləri daha da doğmalaşdırmışdır. Təbii ki, bu isti münasibət QHT- lərin inkişafına da öz təsirini göstərir”.

www.yenicag.az

383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv