Bu gün Azərbaycan və Rusiya milliləri qarşılaşacaq

Futzal üzrə Azərbaycan milli komandası DÇ-nin elit-raund mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Yenicag.az-ın məlumatına görə, millimiz Osiek şəhərindəki “Qradski vrt Arena”da Rusiya yığması ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Görüşü italiyalı hakimlər – Alessandro Malfer, Angelo Galante və Chiara Perona idarə edəcəklər.