!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün Azərbaycandan Türkiyəyə 20 ədəd modul tipli müasir evlər göndərilib

!Reklam – Yazi

Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə Goranboy, Mingəçevir, Cəlilabad, Kürdəmir və Tərtər icra hakimiyyətlərinin sifarişi ilə Bakıda hazırlanan daha 20 müasir modul tipli ev fevralın 15-də qardaş ölkəyə yola salınıb.

Yenicag.az  report-a istinadən  xəbər verir ki, 1 və 2 otaqlı evlərdə 10-12 nəfərin yaşaması üçün lazımi şərait var.

Bu həftənin sonuna qədər isə daha 90 ədəd müasir modul tipli evlər hazırlanaraq mərhələli şəkildə qardaş ölkəyə göndəriləcək.

Həmin evləri də Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin sifarişi ilə hazırlanır.

Fevralında 13-də isə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Türkiyəyə 4 modul ev göndərilib. Həmçinin, icra hakimiyyətləri tərəfindən fəlakətin ilk günlərindən ziyan çəkmiş əhaliyə lazım olan isti paltar, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, çadırlar alınaraq qardaş ölkəyə göndərilir. İndiyədək 57 şəhər və rayon icra hakimiyyəti tərəfindən təşkil olunan humanitar yardımların Türkiyənin göndərilməsi bundan sonra da davam etdiriləcək.

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv