Bu gün Bakıda hava necə olacaq?

Bu gün Bakıda hava şəraiti yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək. Havanın temperaturu 20-23 dərəcə isti təşkil edəcək.