!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün Ərdoğan və Putin görüşəcək

!Reklam – Yazi

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş baş tutacaq.

Yenicag.az xəbər verir ki, görüş Rusiyanın Soçi şəhərində keçiriləcək.

Görüşdə taxıl dəhlizi sazişinin gələcəyi də müzakirə olunacaq: “Ərdoğanın rusiyalı həmkarı ilə görüşləri zamanı Türkiyə-Rusiya ikitərəfli münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq. Bununla belə, gündəmin ən mühüm məsələsi Taxıl Dəhlizi olacaq”.

Qeyd edək ki, Ərdoğanın səfərindən əvvəl Rusiya və Türkiyə XİN rəhbərlərinin Moskvada görüşü olub.

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv