!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bu gün gözlər Almaniyada olacaq: “Bayer” - “Qarabağ”

!Reklam – Yazi

Bu gün UEFA Avropa Liqasında 1/8 finala yekun vurulacaq. 

Yenicag.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da bu gün 1/8 finalın cavab matçına çıxacaq.

Komandamız Almaniyada yerli “Bayer”in qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 00:00 başlayacaq. Matçı ingiltərəli məşhur hakim Entoni Teylor idarə edəcək.

Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb.

Qeyd edək ki, “Bayer” bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır.  Leverkuzenlilər bütün turnirlər daxil 36 oyundur ki uduzmur.

Xatırladaq ki, “Bayer”lə “Qarabağ” Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Leverkuzendəki oyununda “Bayer” 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə “Qarabağ”a qalib gəlib. “Bayer” qrupdan lider, “Qarabağ” isə 2-ci yerin sahibi kimi çıxıb.

14 mart

UEFA Avropa Liqası

1/8 finalın cavab oyunu

00:00.”Bayer” (Almaniya) – “Qarabağ” (Azərbaycan)

İlk oyun – 2:2

Hakimlər: Entoni Teylor, Qari Besuik,  Adam Nann Endryu Medli (İngiltərə)

Leverkuzen. “Bay-Arena”

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv