!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün İlham Əliyev və Nikol Paşinyanın görüşü nəzərdə tutulub - Brüsseldə

!Reklam – Yazi

Dekabrın 13-də Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə işgüzar səfərə gedib.

Yenicag.az-ın məlumatına görə, səfər çərçivəsində bu gün Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə ikitərəfli görüşü olacaq. Daha sonra isə Ş.Mişelin iştirakı ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş nəzərdə tutulub.

Qeyd edək ki, səfər çərçivəsində bu gün həmçinin NATO-nun mənzil qərargahında Prezident İlham Əliyevlə təşkilatın baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Prezident NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasının iclasında iştirak edəcək. Görüş “NATO+Azərbaycan” formatında keçiriləcək.

 

 

www.yenicag.az

384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv