Bu gün Məmmədyarov Nalbandyanla görüşəcək

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək.

Yenicag.az xəbər verir ki, görüş Polşanın Krakov şəhərində baş tutacaq.

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüşdə həmsədrlər Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popovla (Rusiya Federasiyası) yanaşı ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

COP29