!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün meşə fondu torpaqlarında 24 mindən artıq ağac əkildi

!Reklam – Yazi

Son günlər ölkədə hava şəraitinin əlverişli keçməsi bir sıra meşə fondu torpaqlarında ağacəkmə və meşəbərpa tədbirlərinin aparılmasına imkan verir.

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Yenicag.az-a bildirib ki, bu gün növbəti ağacəkmə və meşəbərpa tədbirləri Lerik, Masallı, İmişli, Sabirabad, İsmayıllı, Qəbələ, Şəki, Ağdaş və Göygöl rayonlarının meşə fondu torpaqlarında keçirilib, hər bölgənin torpaq-iqlim şəraitinə uyğun ağac tingləri əkilib.

“Gün ərzində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə ümumilikdə 18,5 hektar ərazidə 24 150 ədəd müxtəlif cinsli ağac tingi əkilib, 900 kiloqram toxum səpilib”.

Xidmət rəisinin sözlərinə görə, ağacəkmə və meşəbərpa tədbirlərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş tinglərindən istifadə olunur.

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv