!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün məşhur generalın doğum günüdür

!Reklam – Yazi

Bu gün məşhur general-mayor, Şuşa fatehi Kənan Seyidovun doğum günüdür.

 

Yenicag.az xəbər verir ki, “Vətən Müharibəsi Qəhrəmanı”, Şuşanın azad olunmasında böyük şücayət göstərmiş Kənan Seyidovun 49 yaşı tamam olur.

Qeyd edək ki, K.Seyidov 1974-cü ildə anadan olub. O, 2003-cü ildə “Azərbaycan Bayrağı” ordeni, 2014-cü ildə  “Vətən uğrunda” medalı, 2016-cı ildə  “İgidliyə görə” medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kənan Seyidova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

K.Seyidov həmçinin, Prezident İlham Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə də təltif edilib.

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv