!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün MİDA mənzil satışı edəcək: Bunları etsəniz, ev sahibi olma şansınız artacaq - TÖVSİYƏ

!Reklam – Yazi

İyulun 29-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510 mənzilin, Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzilin, ümumilikdə 1189 mənzilin satışını həyata keçirəcək. Satış saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.

MİDA-nın əvvəlki satışlarında yaşanan neqativ halların yaşanması önləndiyi halda, vətəndaşlar mənzil sahibi ola biləcəklər. Bəs 1189 mənzil üçün mübarizə aparan minlərlə vətəndaş satış elan olunduqdan sonra necə bir yol xəritəsi izləməlidir?

Texnobloqer Fərid Pərdəşünas problem yaşamadan sistemdən ev seçmək üçün aşağıdakı addımları izləməyi tövsiyə eidb:

1) Sistemə 1 saat əvvəl giriş edin. Sona 15 dəqiqə qalmış ekranda yeniləmələr edib sistemdə olduğunuzu dəqiq yoxlayın.

2) İnternet təminatının 50 mbps-dən yuxarı olmağı üstünlükdür, amma 20-30 arası da idarə edəcək.

3) Kəsintisiz və tam sürət üçün cihazı lan kabeli ilə modemə birbaşa bağlayın, “wifi”ı söndürün.

4) Kompüterə əlavə şaquli ekran qoşub, əsas görüntünü ora verməklə skrol zamanı itirilən zamandan uda bilərsiniz. Şaquli ekranda bütün məlumatlar gözünüzün önündə olur. Aşağı çəkməyə ehtiyac olmur.

5) Notebook istifafə edirsinizsə, əlavə maus mütləq qoşun. Əgər “parametr” seçimi ilə oynayırsınızsa mausun sazlamalarından skroll sürətini yuxarı həddə qaldırın ki, mənzil siyahısı açılanda tez aşağı çəkib, seçim edə biləsiniz. Bu başqası ilə eyni evi tutma şanslarınızı azaldacaq.

6) Məşq etdiyiniz demodan təmamilə fərqli bir interfeys gələ bilər. Şəxsiyyət vəsiqəniz mütləq yanınızda olsun. Doğum tarixinizi əzbərləyin. Gün ay il olmaqla böyük ehtimal təhlükəsizlik kodu gələcək.

7) Satış başlayan kimi layihə pəncərəsində, böyük ehtimal, təhlükəsizlik kodu gələcək. Bu kod ötən il klaviaatura ilə yığılmırdı. Ancaq maus ilə basılırdı. Buna görə mausun DPI-ın çox yuxarıda saxlamayın. Sizi ləngidə bilər.

8 ) Qarşınıza təmamilə fərqli nəsə çıxsa, sual soruşulsa, qəti təntiməyin. Bu hamıya çıxır və bərabər şərtlərlə yarışırsınız. Gec başa vurmaq qorxusu ilə yanlış düymələrə basmayın. Təmkinli olun.

9) Seçimə 10 dəqiqə qalmış su için. Başınızın üstündə çox adam durmasına imkan verməyin. Özünüzü əla alın. Gecə yatan zaman bir şeyi düşünün ki, bu, Yasamal üçün son şansdır və siz qalib olmalısınız. Sabah hamıdan əvvəl oyanın və əl məşqləri ilə günə başlayın.

www.yenicag.az

2688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv