Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

f88851f64b5bcb5b7379702e6995507cBu gün Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi plenar iclası keçiriləcək.

Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. İclasın çağırılmasında məqsəd Avropa Parlamentinin 10 sentyabr tarixli iclasında Azərbaycandakı insan hüquqlarının vəziyyətilə bağlı qəbul olunmuş qətnamənin müzakirəsidir. Milli Məclis adından Avropa Parlamentinə cavab veriləcəyi gözlənilir.

“Milli Məclisin bu gün keçiriləcək növbədənkənar xüsusi plenar iclası Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə ilə bağlıdır. Milli Məclisin daxili nizamnəməsinə görə, deputatların müraciətləri əsasında Milli Məclisin növbədənkənar plenar iclasının keçirilməsi qərarlaşdırılıb. Baş tutacaq iclasda əsas müzakirə olunacaq məsələ Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi olacaq. İclasın gedişatından deputatların çıxışlarından asılı olaraq qərar qəbul ediləcək”,- Akif Təvəkküloğlu bildirib(modern).

Loading...

www.yenicag.az

278
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100