eliyev_ruhani_putin5Bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin üçtərəfli görüşü keçiriləcək.

Görüş zamanı xüsusilə terrorizm və narkotrafik ilə mübarizə, Əfqanıstan, Suriya ilə bağlı fikir mübadiləsi aparılacaq, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə ediləcək.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu görüşün liderlər səviyyəsində ilk üçtərəfli görüş olduğunu vurğulayıb: “Bu formatın tələb edilməsi tamamilə aydındır. Bu üç ölkə iqtisadiyyat, təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində bənzər problemlərlə üzləşirlər”.

Görüşün üç ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olacağı bildirilir.
Sammitin yekunlarına dair bəyannamə qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, üçtərəfli Bakı sammitinin keçirilməsini cari ilin fevral ayında Putinlə telefon danışığı zamanı Azərbaycan prezidenti İlham Əliyev təklif edib.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 18
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."