!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu gün rus milyarderlərinin başına gələnlər bizim oliqarxlara da dərs olmalıdır” – Partiya sədrindən XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Ardıcıl qiymət artımı ilə xalqı qıcıqlandırırlar və bunun ağır nəticələri ola bilər”.

Bu fikirləri Azərbaycanda tütün məhsullarının aksiz dərəcələrinin artırılmasından sonra Bakı-Gəncə sürət qatarında gediş haqqının iki dəfə bahalaşdırılmasına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, dünyada baş verənlər, xüsusilə Rusiya oliqarxlarının indiki halı xalqı düşünməyən məmurlara ciddi dərs olmalıdır:

“Çox təəssüf ki, bütün diqqətlərin Ukraynada gedən müharibəyə yönəldiyi bir vaxtda bizim məmurlar bu vəziyyəti yenə də öz ciblərini doldurmaq üçün fürsət kimi görürlər.

Ona görə də belə tez-tez qiymət artımları ilə rastlaşırıq. Bakı-Gəncə qatarında o qiymətə kim yol gedər? Niyə getsin ki? Çünki mənzil başına çox rahat avtomobillərlə daha ucuz və daha tez çatmaq mümkündür. Bunlar da fürsətdən istifadə edirlər. Nə xalqı düşünürlər, nə də prezidentə bir faydaları dəyir…

Amma hər şeyə görə cavab vermək vaxtı da gələcək. Baxın rus milyarderlər indi nə haldadırlar? Onların kartında pul yoxdur ki, öz süpürgəçilərinin maaşını versinlər. Bu gün rus milyarderlərinin başına gələnlər bizim oliqarxlara da dərs olmalıdır.

Ardıcıl qiymət artımı ilə xalqı qıcıqlandırırlar və bunun ağır nəticələri ola bilər. O məmurlar bunu mütləq fikirləşsinlər”.

A.Zeynalov

www.yenicag.az

841
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv