!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bu gün Tofiq Bəhramovun anım günüdür

!Reklam – Yazi

Azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun anım günüdür.

Yenicag.az xatırladır ki, bu gün məşhur referinin vəfatından 29 il ötür. O, dünya futbol tarixində adına heykəl olan və adı stadiona verilən ilk hakimdir.

Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Ağdamda anadan olub. Futbolçu karyerası istədiyi kimi alınmayan Bəhramov 1951-ci ildə Bakı kuboku uğrunda keçirilən “Dinamo” – “İnşaatçı” matçına hakim gəlmədiyi üçün 26 yaşında onu əvəz edib. Beləliklə, hakimlik karyerası başlayıb. Daim prinsipiallığı, obyektivliyi ilə seçilən referi qısa müddətdə sovetlər birliyinin ən yaxşı hakimlərindən birinə çevrilib. O, 15 il ərzində idarə etdiyi oyunların heç birində referi oyunçuya qırmızı vərəqə göstərməyib.

1966-cı ildə FİFA Dünya Kubokunun futbol oyunları Tofiq Bəhramovun adını idmanın bu sahəsi ilə maraqlanan hər kəsə tanıdıb. İngiltərədə keçirilən finalda Tofiq Bəhramovun İngiltərə millisinin xeyrinə verdiyi obyektiv qərar dünya futbol tarixinin ən mübahisəli epizodlarından sayılır. Oyundan sonra Tofiq Bəhramov kraliça II Elizabetin şəxsən təqdim etdiyi “Qızıl ilahə” və “Qızıl fit” mükafatlarına layiq görülüb. Öz memuarlarında Bəhramov topun dirəkdən yox, məhz qapı torundan sıçramasını gördüyünü etiraf edib. O, yerə toxunma məqamını isə heç görmədiyini qeyd etmişdi. 2016-cı ildə isə Britaniyanın “Sky Sports” telekanalında müasir texnologiya ilə aparılan araşdırma Tofiq Bəhramovun qərarının haqlı olduğunu sübuta yetirib.

Tofiq Bəhramov 1975-ci ildə hakimliklə vidalaşıb. 1993-cü il martın 26-da Bakıda üçüncü dəfə infarkt keçirən Bəhramov dünyasını dəyişib. Bakıda yerləşən Respublika Stadionu onun adını daşıyır. Stadionun yaxınlığında isə dünyada ilk dəfə olaraq 2004-cü ildə futbol hakiminin xatirəsinə heykəl qoyulub.

www.yenicag.az

412
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv