!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaqif Xaçatryana hökm oxundu - YENİLƏNDİ

!Reklam – Yazi

Vaqif Xaçatryana hökm oxunub.

Yenicag.az-ın məlumatına görə, o, məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

***

14:34

Məhkəmə prosesində Vaqif Xaçatryana son söz verilib.

Yenicag.az-ın məlumatına görə, o bildirib ki, Meşəli hadisələrində iştirak etməyib.

“Mən günahsızam. O qədər cinayətkar qalıb, amma mən mühakimə olunuram. Kim ki bu cinayətləri törədib, Allah onların cəzasını verəcək”, – deyə o əlavə edib.

Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra Vaqif Xaçatryan barəsində hökm oxunacaq.

***

11:08

Dövlət ittihamçısı Müqəddəs Sultanov Vaqif Xaçatryana cəza istəyib.

Yenicag.az-ın məlumatına əsasən, prokuror Vaqif Xaçatryana qarşı 15 il azadlıqdan məhrumetmə cəzası tələb edib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, yaşı 65-dən yuxarı şəxslərə ömürlük həbs cəzası təyin edilmir.

V.Xaçatryanın 68 yaşı var.

Məhkəmədə saat 14:00-a qədər fasilə elan edilib.

***

10:38

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edir.

Yenicag.az-ın məlumatına əsasən, Müqəddəs Sultanov bildirib ki, Vaqif Xaçatryanın cinayət işi o qədər də sadə bir məsələ deyil.

“Biz Vaqif Xaçatryanın yaxalandığı andan etibarən istintaq prosesini diqqətlə izləmişik. Vaqif Xaçatryan Penitensiar Xidmətin əməkdaşlarının alicənab davranışı ilə üzləşib. İstintaq prosesində ona qarşı hər hansı təzyiq olmayıb. Bu, Azərbaycan xalqının alicənablığıdır. Amma xatırlayırsınızsa, Ermənistanda vaxtilə mühakimə edilmiş şəxslər hansı işgəncə və təzyiqlərlə üzləşiblər. Biz isə Vaqif Xaçatryana yüksək alicənablıq göstərdik”, – deyə o əlavə edib./oxu

***

10:32

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.

Yenicag.az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Prosesdə dövlət ittihamçıları – baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev təqsirləndirilən şəxsə cəza istəyəcəklər.

***

09:51

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Bu gün prokuror təqsirləndirilən şəxsə cəza tələb edəcək. Daha sonra vəkil müdafiə çıxışı edəcək, Vaqif Xaçatrayan isə məhkəmədə son söz deyəcək.

İş üzrə məhkəmədə hökm oxunması gözlənilir.

Qeyd edək ki, 1991-ci ildə baş verən Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

www.yenicag.az

388
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv