!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmənin növbəti iclasının vaxtı açıqlandı - YENİLƏNDİ/FOTO

!Reklam – Yazi

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə məhkəmə iclası bu günlük işini yekunlaşdırıb.

Yenicag.az bildirir ki, növbəti məhkəmə iclası noyabrın 7-nə təyin edilib.

İclasda dövlət ittihamçıları Müqəddəs Sultanov və Cövdət Mehralıyev çıxış edəcəklər.

***

11:38

Sosial şəbəkələrdə Birinci Qarabağ müharibəsi zamanı Vaqif Xaçatryana aid olduğu iddia edilən foto ilə bağlı təhqiqat aparılıb.

Yenicag.az xəbər verir ki, bu barədə məhkəmə sədri Zeynal Ağayev bildirib.

“Araşdırmalarla və ekspertiza rəyi ilə müəyyən edilib ki, həmin fotodakı Vaqif Xaçatryandır”, – deyə Zeynal Ağayev əlavə edib.

Həmçinin, bu gün məhkəmə iclasında Vaqif Xaçatryanın xəstəlikləri açıqlanıb.

Bildirilib ki, ekspertiza rəyinə əsasən, Xaçatryanda ciddi aortal stenoz (qapaq darlığı), ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya, xroniki ürək çatışmazlığı (ikinci dərəcə), hipertoniya II mərhələ, prediabet, qlükozaya qarşı tolerantlığın pozulması diaqnozlu xəstəliklər müəyyən edilib.

Tibbi ekspertizanın nəticələrinə əsasən, Xaçatryanda hazırda mövcud olan ciddi aortal stenoz (qapaq darlığı) xəstəliyi iki-üç il ərzində ciddi ağırlaşmaya səbəb ola bilər. Onun planlı qaydada iki-altı ay ərzində aortal qapağın protezləşdirilməsi cərrahi əməliyyatına ehtiyacı var./oxu

***

11:09

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində hakim Zeynal Ağayev 2007-ci il üzrə aparılan ekspertiza rəylərini açıqlayıb.

Yenicag.az xəbər verir ki, həmin rəylərin nəticələrində Meşəli hadisələrində azərbaycanlıların odlu silahlardan açılan atəş nəticəsində öldürüldükləri təsdiqlənib.

Bildirilib ki, Meşəli hadisələrində yaralananların ekspertizası aparılıb. Həmin rəylərin nəticələrinə əsasən, həmin şəxslər 1991-ci il dekabrın 23-də yaralanıblar.

***

11:00

Birinci Qarabağ müharibəsinin qazisi Azay Kərimov Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində şahid qismində ifadə verib.

Yenicag.az xəbər verir ki, Azay Kərimov bildirib ki, Vaqif Xaçatryanı şəxsən tanıyır.

Azay Kərimov deyib ki, Qarabağ münaqişəsi başlayanda sonradan Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın iki dəstəsi var idi.

“Qruplardan biri ermənilər yaşayan kəndlərə girirdi. Kim ki silahlı münaqişəyə qoşulmaq istəmirdi, onların başlarına oyun açırdılar. İkinci qrup isə erməni silahlılarına nəzarət edirdi. Onlar dəstədən qaçanları öldürürdülər. Vaqif Xaçatryan haqqında da məlumatımız var idi. Vaqif Xaçatryan milli münaqişəni qızışdıranlardan biri idi. Mən o zaman polis idim. Vaqif Xaçatryanı əməllərinə görə tutmuşduq. Onu dindirdik. Özü də indi etiraf edir ki, həmin dindirilmə zamanı işgəncəyə məruz qalmayıb. Sonra Vaqif buraxıldı”, – deyə Azay Kərimov bildirib.

Azay Kərimov bildirib ki, Vaqif Xaçatryan həbsdə olarkən damarını dişləmişdi.

“O zaman Vaqif öz hökmünü özü vermişdi”, – deyə Azay Kərimov bildirib./oxu

 

***

11:30

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçirilir.

Yenicag.az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Məhkəmə prosesində şahidlər ifadə verirlər.

***

09:30

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Bu gün cinayət işi üzrə məhkəmə istintaqın başa çatacağı və prokurorun təqsirləndirilən şəxsə cəza tələb edəcəyi gözlənilir.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv