!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gündən ölkədə ictimai hamamların fəaliyyəti bərpa edilir

!Reklam – Yazi

Azərbaycanda bu gündən etibarən koronavirus pandemiyası şəraitində hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa olunur.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərarında bildirilib.

Qərara əsasən, hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.

 

www.yenicag.az

570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv