!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu günlərdə reytinqi xeyli aşağı düşən Paşinyana sui-qəsd təhdidləri də çoxalıb” – ŞƏRH

!Reklam – Yazi

“Erməni cəmiyyətində Paşinyanın hansısa gizli sənəd imzalaması haqda xəbərlər onu canlı efirə çıxmağa vadar etdi”.

Bu fikirləri Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı zamanı aldığı effektli cavabın bu ölkənin ictimai ovqatına təsirini dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, ölkəsinin cəbhədə üzləşdiyi növbəti uğursuzluq Ermənistanın Baş nazirinin reytinqinə ciddi təsir göstərib:

“Əlbəttə ki, son günlər baş verən yeni hərbi gərginlik nəticəsində Ermənistan ordusunun daha bir ağır zərbə alması bu ölkənin ictimai rəyində mühüm yer tutur. Təbii, əhali çox narahat və eyni zamanda, alınan bu məğlubiyyətə görə hakimiyyətə qarşı qəzəblidir.

Bildiyiniz kimi, narazı kütlə Ermənistan parlamentinə və bir sıra dövlət qurumlarının binalarına hücum çəkib, o cümlədən baş nazir Nikol Paşinyanın istefası tələbi yenidən gündəmə gətirilib.

Qeyd edim ki, Ermənistan daxilində gərginliyin yeni dalğasının başlamasında diaspor nümayəndələri, əsasən də, bloqerlər fəal iştirak edərək xalqı Paşinyanı devirməyə çalışırlar.

Bundan başqa, bu günlərdə reytinqi xeyli aşağı düşən Paşinyana sui-qəsd təhdidləri də çox artıb. Baş nazirin həyatına son qoymaq istəyənlər bunu açıq formada ifadə etməkdədirlər.

Digər tərəfdən, erməni cəmiyyətində Paşinyanın hansısa gizli sənəd imzalaması haqda xəbərlər onu canlı efirə çıxmağa və bu deyilənlərin doğru olmadığını söyləməyə vadar etdi.

Doğrudur, bu gərginlik fonunda Paşinyanın reytinqi aşağı düşsə də bunu onun devrilmək ehtimalının artması kimi qiymətləndirmək çətindir. Ən azı ona görə ki Ermənistan hazırda seçki ərəfəsində deyil.

Son baş verənlərdən belə nəticəyə gəlmək olar ki, Ermənistan bu uğursuzluqdan sonra Azərbaycanla sülh sazişinin imzalanmasının labüdlüyünü anlayır və bu istiqamətdə artıq ilk addımlar da atılmaqdadır”.

A.Zeynalov

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv