!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu hava şəraitində insult keçirmə riskiniz daha yüksəkdir

!Reklam – Yazi

Yüksək temperatura uzun müddət məruz qalma kəskin işemik insult riskinin artması ilə əlaqələndirilir.

Yenicag.az xəbər verir ki, bu barədə  “JAMA Network Open” jurnalında araşdırma dərc olunub.

Təhlildə Çindən olan kəskin işemik (qan laxtalanması nəticəsində yaranan) insult keçirmiş 82 min xəstə iştirak  edib. Məlumatlar 2019-cu ildən 2021-ci ilə qədər toplanıb. Alimlər xəstələrin yaşı, siqaret çəkmə tarixi, spirt istehlakı, cinsi, yaşayış bölgəsi və xəstəliyinə görə düzəlişlər ediblər.

Tədqiqatçılar müəyyən ediblər ki, kəskin işemik insult riski yüksək temperaturda daha yüksəkdir. Nəticələr qlobal iqlim dəyişikliyi şəraitində yaşlı insanların yüksək temperaturdan qorunmasının vacibliyini vurğulayır.

www.yenicag.az

134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv