!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu həftə Yerdə yüz min ilin ən isti günləri oldu

!Reklam – Yazi

Bu həftə Yerdə yüz min ilin ən isti günləri olub
Bu həftənin temperatur göstəriciləri ən azı yüz min ilin ən istisi olub.Yenicag.az xəbər verir ki, bu barədə Vudvel İqlim Tədqiqatları Mərkəzinin baş elmi işçisi Cenifer Frensis xəbər verib.

ABŞ-nin Ətraf Mühitin Proqnozlaşdırılması üzrə Milli Mərkəzi öz növbəsində Yer kürəsində orta temperaturun tarixi maksimumunu yenilədiyini vurğulayıb.
“Bazar ertəsi (3 iyul – red.) qlobal orta temperatur müsbət 17,01 dərəcəyə çatıb ki, bu da 1979-cu ildən bəri ən yüksək göstəricidir. Çərşənbə axşamı (4 iyul – red.) daha da yüksələrək müsbət 17,18 dərəcəyə çatıb, qlobal temperatur saxlanılıb. Çərşənbə günü (iyulun 5-də – red.) bu, rekord həddə çatıb. İyulun 6-na orta temperatur daha da yüksəlib və müsbət 17,23 dərəcə olub”, – deyə mərkəzdən qeyd olunub.
Mənbə: İzvestiya / oxu.az

www.yenicag.az

334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv