!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, hər bir uşağı miopiyaya anbaan yaxınlaşdırır”… - Tanınmış oftalmoloq həyəcan təbili çalır

!Reklam – Yazi

Cəmi bir neçə gündən sonra yeni dərs ili başlayır. Yenə ağır dərs yükü, yenə gündəlik tapşırıqlar … Xüsusən də “birincilər” üçün daha məsuliyyətli ərəfədir. Sözsüz ki, onların sağlamlığı daha önəmli faktordur.

Tanınmış oftalmoloq-cərrah Günay Əliyevanın da valideynlərə xüsusi tövsiyyəsi var. Dediyinə görə, hər bir valideyn buna mütləq əməl etməlidir ki, sonda övladı gözləri ilə bağlı problem yaşamasın:

“Mən bunu öz pasiyentlərimə deyirəm. Və fürsətdən istifadə edib, buradan valideynlərə də səslənirəm: dərslər başladıqdan sonra uşaqların gözlərinin qeydinə qalmaq üçün onlara ciddi nəzarət etsinlər. Dərs yükü onsuz da ağırdır. Üstəlik, dərslərdən başqa uşaqların telefona vaxt ayırması onların gözlərinə birbaşa zərbədir. Çünki telefona uzun müddət və yaxından baxmaq uşaqlarda miopiyanın əsasını qoyur. Miopiyalı xəstələrdə isə daha da irəliləmə müşahidə olunur. Heç kim “mənim uşağımda göz problemi yoxdur”, deyə düşünməsin. Əgər sizin övladınız dərslərini oxuduqdan sonra telefonla vaxt keçirirsə, bu onun miopiyaya anbaan yaxınlaşması deməkdir. Buna görə də uşaqları qorumaq lazımdır. Çünki uşaqların dərslərini oxuduqdan sonra uzun müddət uzağa baxmaları mütləqdir. Bu, miopiyanın profilaktikasında vacibdir”.

www.yenicag.az

706
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv