!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu heyvanların kəsimi insan sağlamlığına ziyandır” – AQTA

!Reklam – Yazi

İstər Qurban Bayramı ərəfəsində, istərsə də digər vaxtlarda daha çox 4-5 aylıq xırdabuynuzlu heyvanlar kəsilir, bu da insan sağlamlığına ziyandır.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, kəsilən heyvan 7 aylıq və ondan yuxarı yaşda olanda insan sağlamlığı üçün faydalıdır:

“Kiçik yaşda olan heyvanların ətində çoxlu sayda natamam kimyəvi tərkibli maddələr olur ki, bu da qidalanma üçün o qədər də yüksək əhəmiyyət kəsb etmir. İqtisadi səmərəlilik baxımından isə kiçik yaşlı heyvanların kəsilərək təsərrüfatdan çıxarılması ilbəil məhsuldar heyvanların sayının azalmasına səbəb olur. Heyvanlar 7 aylıqdan kiçik yaşda kəsildikdə, onlar formalaşmış gündəlik çəki artımı potensialından istifadə olunmadan təsərrüfatdan çıxarılır ki, bu da son nəticədə məhsul istehsalının azalması ilə nəticələnir. Bu isə son nəticədə daimi olaraq idxaldan asılılığa və ixrac potensialının zəifləməsinə gətirib çıxarır”.

Respublikanın baş dövlət baytarlıq müfəttişi kəsimdə daha çox erkək heyvanlardan istifadə edilməsinin məqsəduyğun olduğunu da nəzərə çatdırıb. Onun sözlərinə görə, dişi heyvanların kəsimdə istifadə edilməsi sürünün damazlıq potensialının mütəmadi olaraq zəifləməsinə, yekunda isə ölkədə qoyunçuluğun inkişafının ləngiməsinə səbəb olur.

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv