!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu idman sarayının xərci 46 milyona çatır

!Reklam – Yazi

Gəncə Şəhər İcra Hakimiyyəti idman sarayının inşasının davam etdirilməsi ilə bağlı elan etdiyi növbəti açıq tenderə yekun vurub.

Yenicag.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi yenə də “Rövşən Oğuz Qrup” MMC-dir.

Qalib şirkətə 10 milyon manat ödəniləcək.

Xatırladaq ki, bundan əvvəl idman sarayının tikintisinə 4 tender üzrə 6,4 milyon manat, 9,4 milyon manat, 5 milyon manat və 15 milyon manat, ümumilikdə 35,8 milyon manat ayrılmışdı. Beləliklə, tikinti xərcləri 45,8 milyon manata çatıb.

www.yenicag.az

382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv