!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu iki ölkədən 24 rus diplomatı çıxarılır

!Reklam – Yazi

Estoniya Rusiyanın Narva şəhərindəki baş konsulluğunu bağlayır və Rusiyanın 14 diplomatını ölkədən çıxarır.

Yenicag.az xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda qeyd olunub.

Artıq bununla əlaqədar Rusiya Federasiyasının Estoniyadakı səfiri Vladimir Lipaev Estoniyanın Xarici İşlər nazirliyinə çağırıb və ona diplomatik nota təqdim edilib.

Rumıniya hakimiyyəti də Rusiyanın Buxarestdəki səfirliyinin 10 əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.

“Rumıniya hakimiyyəti Rusiya Federasiyasının Buxarestdəki səfirliyində çalışan 10 nəfəri arzuolunmaz şəxs elan edib. Onların hərəkət və fəaliyyətləri 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına ziddir”, – deyə ölkənin Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv