!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il 1 403 halda əmək qanunvericiliyinin tələbləri pozuldu

!Reklam – Yazi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 9 ayında işəgötürənlər tərəfindən 1403 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Xidmətin elektron sistem üzərindən həyata keçirdiyi dövlət nəzarəti tədbirləri, habelə ərizə və müraciətlərin araşdırılması zamanı aşkar edilən həmin hüquq pozuntuları daha çox əmək münasibətlərinin rəsmiləşdirilməməsi, əmək müqavilələrinin şərtlərinin yerinə yetirilməməsi, əmək məzuniyyəti, əmək haqqının hesablanması və ya ödənilməsində nöqsanlar və s. ilə bağlı olub.

Belə halların əsasən topdansatış və pərakəndə ticarət, ictimai iaşə, emal və tikinti sektorlarında baş verdiyi müəyyən olunub.

Qeyd olunan hüquq pozuntularının böyük hissəsinin aradan qaldırılması təmin edilib.

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv