!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il 168 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarıldı

!Reklam – Yazi

Bu ilin 9 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən götürülən 4 ton 827 kq 532,775 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 168 milyon 635 000 manat (99 milyon ABŞ dolları) kimi qiymətləndirilir.

Yenicag.az xəbər verir ki, bu barədə rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-sentyabr aylarının yekununa dair məlumatda öz əksini tapıb.

Bildirilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 05-06 may tarixində məhkəmələrin qərarları ilə müsadirə olunan 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının və 28 697 ədəd çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv