!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il Azərbaycana gələn turistlərin sayı 37 faizdən çox artdı

!Reklam – Yazi

Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi(DSK) xəbər yayıb.

Gələnlərin 32,8%-i Rusiya Federasiyası, 18,2%-i Türkiyə, 7,4%-i İran, 4,9%-i Hindistan, 4,7%-i Gürcüstan, 3,9%-i Səudiyyə Ərəbistanı, 2,4%-i Qazaxıstan, 2,3%-i Pakistan, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, hər birindən 1,5% olmaqla İsrail və Ukrayna, 1,4%-i Belarus, 1,3%-i Küveyt, hər birindən 1,2% olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,5%-ni kişilər, 29,5%-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,3 dəfə, Türkmənistandan – 3,8 dəfə, Hindistandan – 2,6 dəfə, Belarusdan – 2 dəfə, Özbəkistandan – 1,9 dəfə, Qazaxıstandan – 1,8 dəfə, Rusiya Federasiyasından – 1,7 dəfə, İsraildən – 44,2%, ABŞ-dən – 38,7%, Gürcüstandan – 34,5%, Böyük Britaniyadan – 29,2%, Küveytdən – 26,6%, Türkiyədən – 18,8%, Birləşmiş Ərəb Əmirliklərindən – 15,8%, Pakistandan – 6,3% artıb.

2022-ci ilin 7 ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5% artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6% azalaraq 185,4 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1%-i hava, 27,6%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv