Bu il Azərbaycanda nə qədər körpə doğulub?

2018-ci ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 103 371 doğulan körpə qeydə alınıb.

Yenicag.az-ın məlumatına görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 14,1 təşkil edib.

Qeyd edək ki, doğulan körpələrdən 1962-si əkiz, 84-ü isə üçəm olub.

Məlumata görə, Azərbaycanda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

COP29