Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar – SİYAHI

2020-ci ilin yanvar və fevral aylarında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən doğumu qeydiyyata alınmış uşaqlara cari ilin ötən dövründə qoyulan oğlan uşaqlarına qoyulan adlar arasında Yusif (468), Uğur (409), Əli (391), Hüseyn (382), Məhəmməd (254), Ömər (252), Murad (216), Ayxan (202), Raul (189) və Tunar (187) üstünlük təşkil edib.

Eyni zamanda cari ilin ötən dövründ qız uşaqlarına daha çox Zəhra (492), Məryəm (367), Zeynəb (341), Mələk (305), Nuray (295), Fatimə (285), Aylin (271), İnci (224), Nilay (224) və Ayan (199) adları qoyulub./Report/

COP29