!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il azərbaycanlıların ən çox getdiyi ÖLKƏLƏR - SİYAHI

!Reklam – Yazi

Dövlət Turizm Agentliyinin yaydığı xəbərə görə, 2023-cü ilin ilk 6 ayı ərzində xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 791,613 nəfər olub.

Maraqlıdır ki, görəsən azərbaycanlılar daha çox hansı ölkələrə və nə üçün üstünlük veriblər?

Yenicag.az bununla bağlı araşdırma aparıb.

Araşdırmamıza görə, azərbaycanlıların ən çox getdiyi ölkələrin Türkiyə (318,017), Rusiya Federasiyası (189,374) və Gürcüstan (74,374) olduğu məlum olub.

İlk beşliyi İran (62,446) və BƏƏ (35,181) tamamlayıb.

Yəqin ki, adı çəkilən ölkələrin ilk beşlikdə olması heç də təəccüblü deyil. Çünki bu ölkələr həm Azərbaycanla qonşuluqda yerləşir və bu baxımdan nəqliyyat xərcləri digər ölkələrə nisbətən aşağı olur, həm də istirahət, təhsil və iş üçün əlverişli yerlər hesab edilir.

Azərbaycana gələnlərin sayı isə gedənlərdən daha çoxdur. Belə ki, bu ilin ilk 6 ayı ərzində Azərbaycana 919,296 nəfər gəlib. Xaricdən ölkəyə gələnlərin ən çoxu Rusiya Federasiyası (71,700), Türkiyə (33,992), Hindistan (12,857) və İrandan (12,653) olub.

İlk beşliyi 8,416 nəfər gəlişlə Səudiyyə Ərəbistanı tamamlayıb.

Sadiq Cavadov

www.yenicag.az

2480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv