!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il BTC kəməri ilə 24 mln ton xam neft ixrac olundu

!Reklam – Yazi

Bu ilin üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə əməliyyat xərclərinə, təqribən, 95 mln ABŞ dolları xərclənib.

Yenicag.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabatında qeyd edilib.

Məlumata görə, bu, 2018-ci ilin üç rübün göstəriciləri ilə müqayisədə 8 mln dollar və ya 9,2% azdır.

Bu ilin üç rübü ərzində boru kəmərinin fəaliyyəti üzrə əsaslı xərclərə isə, təqribən, 25 mln dollar xərclənib ki, bu da 2018-ci ilin üç rübün göstəriciləri ilə müqayisədə 4 mln dollar və ya 19,04% çoxdur.

Bu ilin üç rübü ərzində isə BTC vasitəsilə, təqribən, 24 mln ton (177 mln bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 222 tankerə yüklənib. Bu, ötən ilin yanvar-sentyabr ilə müqayisədə 1 mln ton və ya 4% azdır.

1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2019-cu ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 440 mln ton (3,3 mlrd barel) xam neft nəql edilib və Ceyhanda 4307 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); “Chevron” (8,90%); “Equinor” (8,71%); TPAO (6,53%); “Eni” (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ExxonMobil” (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

www.yenicag.az

1761
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv