!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il büdcə vəsaitlərinin xərcləndiyi əsas istiqamətlər açıqlandı

!Reklam – Yazi

2022-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 21039,2 milyon manat proqnoza qarşı 20470,7 milyon manat və ya 97,3 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2758,7 milyon manat və ya 15,6 faiz çoxdur.

Maliyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, dövlət büdcəsi xərclərinin 12669,4 milyon manatı və ya 61,9 faizi cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 1194,4 milyon manat və ya 10,4 faiz çox), 6608,3 milyon manatı və ya 32,3 faizi əsaslı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 1884,8 milyon manat və ya 39,9 faiz çox), 1193,0 milyon manatı və ya 5,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 320,5 milyon manat və ya 21,2 faiz az) yönəldilib.

Cari ilin doqquz ayı ərzində sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 41,2 faizini təşkil etməklə 8442,0 milyon manat məbləğində icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 786,9 milyon manat və ya 10,3 faiz çoxdur.

2022-ci ilin doqquz ayında 2021-ci ilin eyni dövrünə nisbətən iqtisadi fəaliyyət xərclərinə 60,5 faiz və ya 1668,9 milyon manat (əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası və dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri təşkil edir.), mənzil və kommunal təsərrüfatı xərclərinə 33,2 faiz və ya 40,1 milyon manat, təhsil xərclərinə 18,9 faiz və ya 378,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 15,9 faiz və ya 219,0 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 15,3 faiz və ya 22,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 14,2 faiz və ya 35,4 milyon manat, səhiyyə xərclərinə 3,3 faiz və ya 37,0 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 3,1 faiz və ya 80,4 milyon manat çox vəsait yönəldilib.

2022-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 5136,0 milyon manat icra olunub.

Cari ilin doqquz ayı ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv