!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il dövriyyədən çıxarılan narkotik vasitənin həcmi açıqlandı

!Reklam – Yazi

Bu ilin 11 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 10281 cinayət faktı aşkarlanıb. Onlardan 3367-si narkotik vasitələrin qanunsuz satışı, 6425-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 394-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 95-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan Yenicag.az-a bildiriblər ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 252 kiloqram 377,662 qram və 36427 ədəd narkotik vasitələrin və 2514 ədəd psixotrop maddələrin 2 ton 76 kiloqram 309,233 qramını heroin, 1 ton 955 kiloqram 405,929 qramını marixuana, 281 kiloqram 525,188 qramını tiryək, 28 kiloqram 462,344 qramını həşiş, 260,95 qramını kokain, 146 kiloqram 743,573 qramını və 36427 ədəd həb digər narkotik vasitə və 763 kiloqram 670,445 qram və 2514 ədəd psixotrop maddə təşkil edib. Həmçinin göstərilən dövrdə 1 kiloqram 819 qram güclü təsir edən maddə, 10 kiloqram 37,6 zəhərli maddə, 70 qram prekursor, 80142 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Qanunsuz dövriyyədən götürülmüş 5 ton 252 kiloqram 377,662 qram narkotik vasitə və psixotrop maddə ümumilikdə dəyəri 182 milyon 478 min manat (107 milyon 340 000 ABŞ dolları) kimi qiymətləndirilir.

Məsuliyyətə cəlb edilmiş 87 xarici ölkə vətəndaşından 41-i İran, 9-u Gürcüstan, 12-si Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 18-i Rusiya vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 45 kiloqram 484,880 qram və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.

Bu ilin 11 ayında hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 258 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 732 kiloqram 789,349 qram və 36427 ədəd metadon, 2514 ədəd kapsul, 1470 qram MDA və 110 millilitr müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Ümumilikdə, aşkarlanmış cinayətlərin 363-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 60 kiloqram 652,194 qram və 9548 həb narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 532,683 hektar sahədən çəkisi 172 ton 753 kiloqram 608,85 qram olan 381 528 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

İşçi Qrupunun təşkilatçılığı ilə mayın 5-6-da məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, 215 kiloqram psixotrop maddə və onların prekursorları və 28697 ədəd çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.

Təhlil göstərir ki, 2021-ci ilin 11 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanan faktların ümumi sayı 2186, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 301, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1872, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 19 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 36 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1873 nəfər artıb.

Bununla yanaşı, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 861 kiloqram 969,079 qram, qrup halında olan cinayətlərin sayı 32 fakt, bu kateqoriyadan olan digər cinayətlərin sayı 6 fakt azalıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən 2021-ci il dekabrın 31-nə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34602 nəfər təşkil edib. Həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid, 9752 nəfər isə kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.

Hesabat dövründə 731 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxub, bunların 715-i Azərbaycan vətəndaşıdır. Ümumilikdə 1987-ci ildən Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 10101 nəfər qeydiyyata götürülüb (9772-si Azərbaycan vətəndaşı, 329-u əcnəbi). İİV-ə yoluxanların 10101 nəfərin 7195-i kişi, 2906-sı qadındır. Onlardan 3556-sı İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2499 nəfəri hazırda dispanser qeydiyyatındadır.

2022-ci ilin 11 ayında antiretrovirus terapiyasına (ART) cəlb olunan 790 İİV-li pasiyentdən 96 nəfəri inyeksion narkotik istifadəçisi olub.

İşçi Qrupu tərəfindən Dövlət Proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülüb, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilib, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilib.

Bu ilin 11 ayında maarifləndirmə tədbirləri çərçivəsində ümumilikdə 232 tədbir (şəhər, rayon komissiyaları ilə 57 görüş, televiziya kanallarında 4 dəyirmi masa, 98 təhsil müəssisəsində maarifləndirmə tədbiri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində və digər strukturlarda 47 təlim, 7 kütləvi-mədəni tədbir, mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün 1 təlim, idman növü üzrə 4 turnir və 4 fləşmob) təşkil edilib.

Yanvar-noyabr aylarında 802- qaynar xətt telefon zəng xidmətinə 2009 vətəndaş müraciəti daxil olub. Onların 252-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 776-sı narkotik asılılıqdan müalicə, 981-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.

Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün operativ şəkildə aidiyyəti orqanlara 1028 məktub ünvanlanıb. Nəticə olaraq 776 nəfər narkotik asılılıqdan müalicə ilə əlaqədar ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar vətəndaşlar tərəfindən verilən məlumat əsasında 187 fakt üzrə cinayət işi açılıb, 50 məlumat üzrə keçirilmiş tədbirlər nəticəsində fakt təsdiqini tapmayıb, 15 müraciət istiqamətində hazırda əməliyyat tədbirləri davam etdirilir.

Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə qaynar xətt zəng xidmətinə 1071-dən çox müraciət daxil olub. Onlardan 63-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 502-si könüllü müalicə, 506-sı isə şifahi xarakterli müraciətlər ilə bağlı olub.

“802 qaynar xətt” zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumat əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv