!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu telekanallara XƏBƏRDARLIQ EDİLDİ

!Reklam – Yazi

Bu il reklam qanunvericiliyinin pozulmasına görə telekanallara iki dəfə xəbərdarlıq edilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, şura tərəfindən ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının mütəmadi, digər yayımçıların proqramlarının isə şikayət əsasında monitorinqləri aparılır.

Cari il ərzində aparılmış monitorinqlər nəticəsində şura ilin müxtəlif vaxtlarında “Media haqqında” Qanunun pozulmasına görə MTV, “Xəzər TV”, ARB, ATV və “Space TV” telekanallarına xəbərdarlıq edib.
“Reklam haqqında” Qanunun pozulmasına görə isə “Xəzər TV”, ARB, ATV və “Dünya TV” kanallarına xəbərdarlıq edilib. Həmçinin, il ərzində bu qanunun pozulması səbəbindən bütün televiziya yayımçılarına iki dəfə xəbərdarlıq edilib.

“Eyni zamanda bildiririk ki, müxtəlif televiziya redaksiyalarına qarşı qanunvericiliyin tələblərinə əməl olunmamasına görə şuranın müvafiq qərarları ilə yayımın dayandırılması sanksiyaları da tətbiq olunub”, – deyə məlumatda bildirilib.

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv