!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il hansı vəzifəli şəxslər həbs olunub? - SİYAHI

!Reklam – Yazi

Qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə, hüquqi və fiziki şəxslər üçün qərarlar qəbul etmək hüququna malik olanlar vəzifəli şəxs hesab olunurlar. Zaman-zaman onların da öz səlahiyyətlərini aşdıqları, vəzifələrindən sui-istifadə edərək cinayət törətdikləri ilə bağlı məlumatlara rast gəlirik. Azərbaycanda belə məmurlar az deyil.

Yenicag.az xəbər verir ki, Bizim.Media bu ilin yanvarından indiyədək həbs olunan vəzifəli şəxsləri araşdırıb.

Yanvar ayında 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Vəli Məmmədov

Yasamal Rayon Məhkəməsində 8-ci sinif şagirdi Nurlan Bağışovun ölümü ilə nəticələnən qəzanı törədən Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi Vəli Məmmədova hökm oxunub. Məhkəmənin 5 yanvar 2023-cü il tarixli hökmü ilə vəzifəli şəxsə 5 il 1 ay müddətinə həbs cəzası verilib.

Ramin Mirzəyev

Yanvarın 16-da Naxçıvan Dəmir Yolları MMC-nin vəzifəli şəxsi Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi ilə bağlı Muxtar Respublikanın Prokurorluğunda araşdırma aparılıb. Vəzifəli şəxs barədə dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb. Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Rövşən Quliyev

Yanvarın 23-də Baş Prokurorluqla Neftçala rayon Prokurorluğu Neftçala rayonu ərazisində birgə əməliyyat keçirib. Keçirilən əməliyyat zamanı Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyev saxlanılıb və onun işi məhkəməyə göndərilib. R. Quliyev sənədlərin saxtalaşdırılması və bir sıra ciddi qanun pozuntularında ittiham olunur. Neftçala rayon Məhkəməsinin qərarı ilə R.Quliyev barəsində martın 5-ə qədər həbs qətimkan tədbiri seçilib. Bu ilin fevralında isə bir vəzifəli şəxs azadlıqdan məhrum edilib.

Hüseyn Seyidov

Belə ki, Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb. H.Seyidovun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı KQMBİ-də başlanmış cinayət işi üzrə Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Mart ayında hərbi xidmətə çağırışla bağlı rüşvət alan iki vəzifəli şəxs cinayət başında yaxalanıb.

Adil Hüseynov və Toğrul İsgəndərov

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəis müavini – Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynov və həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun rüşvət alarkən iş başında yaxalanıblar.

Adil Hüseynov və Toğrul İsgəndərov barəsində Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə həbs qətimkan tədbiri seçilib.

Əli Həsənov

Aprel ayında Abşeron Rayon İcra Hakimiyyətinin başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Belə ki, Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Ötən ay daha bir neçə vəzifəli şəxs həbs olunub.

Bayram Bağırov

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 3 saylı Sabirabad Neft Terminalı Bazasının direktoru Bayram Bağırov barəsində cinayət işi məhkəməyə göndərilib. Bayram Bağırov həmin vəzifədə işləyərkən rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə rəhbərlik etdiyi müəssisəyə etibar edilmiş ümumilikdə 274 min manatdan artıq məbləğdə benzin və dizel yanacağını mənimsəyib.

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv