!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il qara kürünün idxalı azaldı, qiyməti isə ucuzlaşdı

!Reklam – Yazi

2023-cü ilin yanvar ayında Azərbaycana 156.72 min dollar dəyərində 520 kq nərə balığı kürüsü idxal edilib.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin yanvar ayı ilə müqayisədə həcm baxımından 3.7% və ya 20 kq, məbləğ baxımından isə 10.9% və ya 19.23 min dollar azalıb. Ötən ilin yanvar ayında ölkəyə 175.95 min dollar dəyərində 540 kq nərə balığı kürüsü gətirilib.

Qeyd edək ki, cari ilin yanvar ayında nərə balığı kürüsünün bir kiloqramının orta idxal qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.5% azalaraq 301.3 dollar ( 512.2 AZN) təşkil edib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycana gətirilən nərə balığı kürüsünün 100%-i Çindən idxal edilib.

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv