!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ilin ən bahalı avtomobil şirkətləri AÇIQLANDI

!Reklam – Yazi

2023-cü ilin ən bahalı avtomobil şirkətlərinin siyahısı açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “InterBrand” konsaltinq agentliyi dünyanın ən qiymətli brendlərinin illik reytinqini dərc edib.

İlk onluqda cəmi üç avtomobil istehsalçısı yer alıb: “Toyota” (altıncı yer), “Mercedes-Benz” (yeddinci yer) və BMW (10-cu yer). “Tesla” ilk 10-dan bir az geriləyərək 49,9 milyard dollarla 12-ci yeri tutub. Ümumiyyətlə, “InterBrand” qeyd edir ki, avtomobil sənayesi ən dinamik inkişaf edən sahələrdən biridir.

Dərc edilmiş statistik məlumatlara görə, “Toyota” markasının dəyəri il ərzində səkkiz faiz artaraq 64,5 milyard dollara çatıb. “Mercedes-Benz” isə 9 faiz bahalaşaraq 61,4 milyarda yüksəlib. BMW ilk dəfə 51,1 milyard dəyərlə 10-cu yerdə qərarlaşıb.

Avtomobil seqmentində 27-ci yerdə “Honda” (24,4 milyard dollar) yer tutub. 32-ci yerdə “Hyundai” (20,4 milyard dollar, +18 faiz), 45-ci yerdə “Audi” (16,3 milyard dollar, +9 faiz), 47-ci yerdə “Porsche” (16,2 milyard dollar, +20 faiz), 50-ci illərdə isə “Volkswagen” (15,1 milyard dollar, +2 faiz) qərarlaşıb.

İlk yüzlüyün ikinci yarısında “Ford” (51-ci yer), “Nissan” (63-cü yer), “Ferrari” (70-ci yer) və “Kia” (88-ci yer) yer alıb. Reytinqdə yer alan 100 şirkətdən yalnız 13-ü avtomobil şirkətidir. 2023-cü ilin ən qiymətli brendlərinin tam siyahısı InterBrand saytında yerləşdirilib.

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv