!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu ixtisas üzrə dövlət sifarişli 400 yer artırılıb” - DİM sədri

!Reklam – Yazi

“Bu ixtisas üzrə dövlət sifarişli 400 yer artırılıb”.

Yenicag.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sədri M.Abbaszadə DİM-in “You Tube” kanalındakı canlı yayımında I, II, III, IV ixtisas qrupları üzrə vacib məqamlardan söz açıb. O, çıxışı zamanı abituriyentlərə ixtisas seçimi zamanı bəzi tövsiyələr verib.

Belə ki, sədr qeyd edib ki, seçimlər aparılarkən gənclərimiz gələcəkdə daha çox potensiallı ixtisaslara meyil etmələri yaxşı olardı. Bu istiqamətdə informasiya təhlükəsizliyi, kompüter elmləri, proseslərin avtomatlaşdırılması, aqronomluq, aqrar mühəndislik kimi ixtisaslara yaxın gələcəkdə əmək bazarında böyük ehtiyac duyulduğunu bildirib. Həmçinin I qrup üzrə plan yerlərinin sayında 23 faiz artım olması 2500 nəfərdən çox abituriyent üçün yeni şans olduğunu açıqlayıb.

Eyni zamanda sədr dövlət sifarişli yerlərin sayından bəhs edərkən vurğulayıb ki, aerokosmik mühəndislik üzrə keçən illə müqayisədə 95 yer, elektrik və elektronika mühəndisliyi üzrə 150, informasiya texnologiyaları üzrə 400, kompüter mühəndisliyi üzrə 190 yer artırıldığını nəzərə çatdırıb.

Bundan əlavə M.Abbaszadəyə ünvanlanan suallardan biri də xüsusi təyinatlı ali məktəblərlə bağlı olub. DİM sədri qeyd edib ki, xüsusi təyinatlı ali məktəblərə sənəd qəbulu aparmış şəxslər mülki ali məktəblərə yenidən sənədlərini təqdim edə bilməzlər.

O qeyd edib ki, bu sahədə də önəmli ixtisaslar mövcuddur ki, bunlardan biri də sistemlər mühəndisliyidir ki, ötən il bu ixtisas üzrə plan yerləri demək olar ki, boş qalıb. Hərbdə böyük önəm daşıyan bu ixtisas izləmə, əlaqələndirmə sahələrində mühüm rola malikdir.

Yusif Səmədzadə

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv