!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu kəndlər Azərbaycana qaytarılır

!Reklam – Yazi

Vaşinqtonda keçirilən Ceyhun Bayramov-Ararat Mirzoyan danışıqlarından erməni mətbuatı bəzi məlumatları əldə edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Mənbə bu detalların erməni tərəfini məyus etdiyini qeyd edib.

Məlumata görə, Amerika Birləşmiş Ştatları tərəfləri münasibətlərin normallaşmasına dair saziş imzalamağa sövq etməyə çalışır.

Sazişdə Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması və Bakıya qarşı ərazi iddialarından imtina etməsi ilə bağlı müddəalar yer alıb.

“Eyni zamanda, Azərbaycan Qazax rayonunun işğalda olan 7 kəndini və Naxçıvandakı Kərkini geri qaytarmaqda israrlıdır. Bu isə rəsmi Bakının Vaşinqtonda qalib gəldiyini təsdiqləyir”, deyə nəşr yekunlaşdırıb.

Xatırladaq ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ-da dövlət katibi Entoni Blinkenin iştirakı ilə danışıqların final raundunu keçirəcək. Bakı vaxtı ilə saat 21.45-də planlaşdırılan görüşdə dövlət katibi də iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri dövlət katibinin dəvətilə ABŞ-da səfərdədir.//Bizim.Media

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv