!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu klublar cərimələndi - YENİLƏNDİ

!Reklam – Yazi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” (0:2) oyunu ilə bağlı cəzaları açıqlayıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, paytaxt təmsilçisinin birincilərin iki köməkçi məşqçisi – Sənan Qurbanov və Miodraq Todorov diskvalifikasiya olunublar.

Hakimin qərarına etiraz etdikləri üçün qırmızı vərəqə alan mütəxəssislər biri şərti olmaqla iki oyunluq cəzalandırılıblar. Onlara üçaylıq sınaq müddəti təyin edilib. “Neftçi” isə buna görə 3000 manat cərimələnib.

Qarşılaşmada fotoqrafların mövqelərini dəyişərək icazə verilməyən yerlərdən çəkiliş aparmaları “Neftçi”yə 500 manata başa gəlib. Matçdan sonra meydana kənar şəxslər daxil olduğundan “ağ-qaralar” daha 800 manat cərimə ödəyəcəklər. Bundan başqa, oyunda “miks-zona” düzgün təşkil edilmədiyinə, stadionun tunelində insanlar çox olduğuna və futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə “Neftçi”yə xəbərdarlıq edilib. Ümumilikdə klub 4300 manat cərimələnib.

“Qarabağ”ın futbolçusu Toral Bayramovun formasının rəqəmləri fərqli olduğundan, ağdamlılar 1000 manat cərimələniblər. 78-ci dəqiqədə isə Ağdam təmsilçisinin azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib komandanın ünvanına qeyri-etik ifadələr səsləndirilib. Bu hal mövsümdə ikinci dəfə yaşandığından, qonaqlar 500 manat cərimə olunublar. Ağdam təmsilçisi ümumilikdə 1500 manat ödəməli olacaq.

***

14:54

AFFA İntizam Komitəsi “Sumqayıt”, “Sabah” və “Kəpəz” klublarını cərimələyib.

Yenicag.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldiyi Premyer Liqanın IX turunun oyununda topdaşıyanın künc zərbəsi zamanı topu kənara atmasına görə 1500 manat ziyana düşüb.

Gəncə təmsilçisi 4 üzvü həmin qarşılaşmada sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

“Sabah” isə “Araz-Naxçıvan”la heç-heçə (1:1) etdiyi qarşılaşmada azarkeşlərin kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirməsinə (bu hal ikinci dəfə yaşandığı üçün) görə 500, matçın ardından meydana kənar şəxslər daxil olduğu üçün 500 manat cərimələnib.

Komitə “Turan Tovuz”a xəbərdarlıq edib. Buna səbəb bölgə klubunun fanatlarının “Zirə”yə 1:2 hesabı ilə uduzduqları görüşdə hakimin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlətməsidir.

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv