Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu marşrutun son dayanacağı dəyişdirildi

Bakıda 1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Yeniçağ.Az-a verilən məlumata görə, dəyişikliyə əsasən, son dayanacaq məntəqəsi olaraq, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi deyil, metronun Neftçilər stansiyası ətrafı müəyyən edilib.

Belə ki, 1 nömrəli marşrut üzrə avtobuslar şəhər mərkəzindən gələrkən Heydər Əliyev prospekti ilə hərəkət edərək Mikayıl Əliyev küçəsindəki dairədən, eləcə də Mehdi Abbasov və Azər Manafov küçələrindən keçməklə Qara Qarayev prospektinə daxil olaraq “Dakar” meydanınadək hərəkət edəcək. Məqsəd, Qara Qarayev prospekti və ətraf ərazilərdə yaşayan sakinlərin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin etməkdir.

Qeyd edək ki, 1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 18 fevral tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edir.

Yeniçağ.Az

www.yenicag.az

369