!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu məhsullar psixi sağlamlığınıza mənfi təsir göstərir

!Reklam – Yazi

Qənnadı məmulatları, yağ və şəkər depressiya və narahatlığı artırır.

Yenicag.az xəbər verir ki, bu barədə çinli mütəxəssislər tədqiqat aparılıb. Onlar müəyyən ediblər ki, pəhriz depressiya və narahatlıq əlamətlərinə təsir edir. Araşdırmanın nəticələri “BMC Medicine” jurnalında dərc olunub.

Belə ki, qənnadı məmulatlarının, yağın, şəkərin və süddən hazırlanan desertlərin istehlakının artması, həmçinin meyvə və tərəvəzlərin az istehlakı psixi xəstəlik əlamətlərinin artması ilə əlaqələndirilib.

Müəlliflər 157.000 könüllünün məlumatlarından istifadə ediblər, onlardan 70.000-nə depressiya, 70.000-nə isə narahatlıq pozuqluğu diaqnozu qoyulub. Hər 3-4 ayda bir dəfə elm adamları iştirakçıların pəhrizi və psixi vəziyyəti haqqında məlumat toplayıblar – tədqiqat 7 il 6 ay ərzində aparılıb.

“Nəticələrimiz ümumi pəhriz ilə depressiya və narahatlıq əlamətləri arasında mürəkkəb əlaqələri vurğulayır. Hazırkı təhlil sərbəst şəkərlərin və doymuş yağ turşularının qəbulunun artmasının depressiv və anksiyete pozğunluqlarının simptomları riskinin artması ilə əlaqəli olduğuna dair etibarlı tapıntılar təqdim etdi”, – deyə müəlliflər yekunlaşdırıblar.

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv