!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu məktəbdə müəllimlər otağı yoxdur: “Pedaqoji kollektiv üçün ciddi problemlər var” - VİDEO

!Reklam – Yazi

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə müəllimlər otağı, akt zalı, hərbi hazırlıq otağı, idman zalı, kitabxana və yeməkxana yoxdur.

Yenicag.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, sözügedən təhsil müəssisəsinin müəllim və valideynləri məktəbdə şagirdlər və pedeqoji kollektiv üçün ciddi problemlərin olduğunu bildiriblər.

Qeyd olunub ki, 240 şagird yerlik məktəbdə hazırda 1 000-dən çox şagird 4 növbə üzrə təhsil alır. Sıxlıq səbəbindən bu il 5 yaşlıların məktəbə qəbulu olmayıb.

Müəllim və valideynlər iddia ediblər ki, şagird sıxlığı səbəbindən dərslər yaxınlıqda olan, əvvəllər tibb məntəqəsi kimi fəaliyyət göstərmiş binada keçilir.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbində şagird sıxlığı səbəbindən 5-ci ildir, yaxınlıqda yerləşən, əvvəllər ambulator mərkəz kimi fəaliyyət göstərmiş fiziki şəxsə məxsus binadan istifadə edilir. Təhsil müəssisəsinin həyətyanı sahəsində 660 şagird yerlik yeni korpusun tikintisi üçün Elm və Təhsil Nazirliyinə təqdimat yazılıb və bunun Dövlət proqramına salınması nəzərdə tutulub.

Ətraflı süjetdə:

www.yenicag.az

299
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv