!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu məsələ ölkə başçısının diqqətindədir”

!Reklam – Yazi

b07518590cff1d6d1648f52cffdab5fa“Bu və ya digər nazirliklərdə ciddi qanun pozuntularının aşkar olunması bizi narahat edir”.

Bunu baş nazirin müavini Əli Əhmədov son günlər baş verən hadisələrə münasibət bildirərkən deyib.

Ə. Əhmədov qeyd edib ki, bu məsələ ölkə başçısının diqqətindədir: “Əlbəttə ki, bu məsələdə qanunu pozan, cənab prezidentin etimadını doğrultmayan və hardasa cənab prezidentin etimadına xəyanət etmiş insan varsa, ciddi cəzalanacaq”.

Ə. Əhmədov əlavə edib ki, nazirlərin vəzifəyə təyin olunub, işdən azad edilməsi prezidentin səlahiyyətində olan məsələdir.

Qeyd edək ki, son bir ay ərzində milli təhlükəsizlik və rabitə və yüksək texnologiyalar nazirləri işdən çıxarılıb, hər iki nazirliyin bir neçə yüksək vəzifəli əməkdaşı həbs edilib.

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv