!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu məşhurların övladları TƏLƏBƏ OLDULAR - FOTOLAR

!Reklam – Yazi

Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. Məlumata görə, 49 minə yaxın abituriyent ali təhsil müəssiələrinə qəbul olub. Tələbə adını qazananlar sırasında tanınmış sənət adamlarının övladları da var.

Yenicag.az onların siyahısını təqdim edir.

Tannmış tarzən, Xalq artisti Elçin Həşimovun qızı Kübra Bakı Musiqi Akademiyasına daxil olub.

Tanınmış rejissor Nail Naiboğlunun qızı Nailə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub.

Gənc Tamaşaçılar Teatrının aparıcı aktyoru Rəşad Səfərovun 2 qızı eyni vaxtda valideynini sevindirib. Aysun incəsənət Universitetinin Rejissorluq fakültəsinə, aktyorun digər qızı Aysel İqtisad Universitetinin Dizaynerlik fakültəsinə qəbul olunub.

 

 

Mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy də ali məktəbə qəbul olunanlar sırasında yer alıb.Akademik Milli Dram Teatrının aktyoru Cümşüd Zeynalovun oğlu Nihad İqtisad Universitetinin tələbəsi olub.

Tanınmış şairə Xanım İsmayılqızının nəvəsi Nuray Türkiyənin Koç Üniversitesinin tələbəsi adını qazanıb.

Cəvahir

www.yenicag.az

706
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv