!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu musiqi aləti UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edildi - FOTO

!Reklam – Yazi

Azərbaycan və Türkiyənin birgə hazırladığı “Balaban/ney sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli mədəniyyət elementi Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi Komitəsinin 18-ci sessiyasında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Təmsilçilik Siyahısına (İCH) daxil edilib.

Bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının “X” hesabında paylaşım edilib.

Bildirilib ki, artıq Azərbaycanın Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısında 23 elementi var.

Yeni əlavə olunanlar aşağıdakılardır:

– İşıq sənəti: Təzhib/Tazhib;
– İftar və onun sosial-mədəni ənənələri;

– Balaban/ney sənətkarlığı və ifaçılıq sənəti;

– Sədəf düzmə sənətkarlığı.

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv